10 C
Baku
15 Fevral 2026, 13:49
Sosial

Parklarda ağaclar niyə qurudulur? – QHT ÜZVÜ VİDEO PAYLAŞDI

Bugun.tv xəbər verir ki, son zamanlar paytaxt parklarında kölgə yer tapmaq olmur. Bunun da səbəbi ağacların qurudularaq kəsilməsidir. El Qayğısı İctimai Birliyinin sədr müavini Nərgiz Günəş “Koroğlu parkı”nda qurudularaq kəsilən ağaclarla bağlı sosial şəbəkədə məlumat verib. Çəkdiyi videonu paylaşıb. Videoda həmişəyaşıl şam ağaclarının bəzilərinin quruduğu aydın şəkildə görünür.

“Bura “Koroğlu parkı”dır. Ağaclar bir ağacdan bir qurudulur. Biri yaşıldır, digəri quru. Görəsən, buna səbəb nədir? Nə tikəcəklər burada? Sanki ağacların dibinə nə isə töküblər. Əvvəlki çəkilişimdə də eyni belə hadisə ilə rastlaşmışdım. Həmin ağaclar artıq kəsilib. İndi də eyni vəziyyət davam edir, ” – deyə QHT sədri N.Günəş bildirib. Sonda N.Günəş yəqin bu ağacların  hansısa məmur tərəfindən öz obyektini tikmək üçün hazırlıq işi gördüyünü güman edib.

Müxbir: İntizar Əmirova

 

 

 

 

Bugün TV

Oxşar xəbərlər

Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün insan hüquqları üzrə təlim keçirilib

Aynur Camal

Ekspertlər: mədə yanmasını təkcə acı və yağlı yeməklər yaratmır

Aynur Camal

Moda 2026: Gen Z 2000-ci illərin aktiv geyim üslubunu yenidən populyarlaşdırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu