Image default
Baş xəbərSiyasət

Parlamentdə Nəcməddin Sadıkovun mühakimə olunması istənildi

“Bizdə belə bir ifadə var ki, gedənin dalınca danışmazlar. Amma bizdə gedənin daha çox tumarlanması prosesi baş verir”.

Bugun.tv xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, hüquq-mühafizə orqanları açıq-aşkar keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovu mühakimə etməlidirlər:

“Biz nahaqdan günahsız ölən zabit və əsgərlərimizin haqqını geri qaytaraq. O baxımdan da bu proseslərə daha məsuliyyətli yanaşmalıyıq. Ordumuzun təmizlənməsi istiqamətində işlərə baxmalıyıq”.

Deputat xatırladıb ki, ötən gün Türkiyənin Prezident kitabxanasında keçirilən sərgidə bildirilib ki, Prezident İlham Əliyev Şuşanın azad olunması ilə bağlı təqdim olunan planı geri çevirib və başqa planla Şuşanı azad edib.

 

Bugün TV

Oxşar xəbərlər

Almaniya ABŞ-ı seçkilərə müdaxilə cəhdlərindən çəkindirdi

Aynur Camal

E.Dərziyeva: “Xeyirxahlığı ilə ömür qazanan insan – əqrəbam Selahattin Turanın əziz xatirəsinə”

Elnarə Dərziyeva

Türkiyə dünyanın ən çox ziyarət edilən 4-cü ölkəsi oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu