25 C
Baku
8 Sentyabr 2025, 12:25
Dünya

Partiyaların olmadığı hökumət qurulacaq

Livanda hökuməti qurmaq üçün təyin edilən Nevvaf Selam kabinetdə siyasi partiyalardan nazirlərin olmayacağını açıqlayıb.

Selam prezident Cozef Aun ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında yaşanan çətinliklərə baxmayaraq Livanda tezliklə hökumətin qurulacağını bildirib. Hökumətin qurulması ilə ərəb dünyası və beynəlxalq ictimaiyyətin Livana dəstəyinin təmin ediləcəyini vurğulayan Selam, “Heç bir nazirlik heç bir qrupa aid deyil, heç bir qrupa qadağan olunmuş nazirlik yoxdur. “Nazirlər deputatlardan ayrı olacaq, bələdiyyə və parlament seçkilərində namizədlər hökumətdə iştirak etməyəcək, heç bir partiyanın təmsil olunmadığı milli səlahiyyətlərə malik hökumət qurulacaq”. Livanda iki ildən çox davam edən siyasi böhrandan sonra Cozef Aun yanvarın 9-da ölkənin 14-cü prezidenti seçildi. Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) sədri vəzifəsini icra edən Selam yanvarın 13-də yeni hökuməti qurmaq tapşırılıb. Selamın yaxın vaxtlarda kabinetini açıqlayacağı gözlənilir.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Zəlzələdən zərər çəkənlərə 6 milyard 275 milyon lirə yardım edildi

Kəmalə Sultan

Hindistanda sel və daşqınlar ciddi fəsadlar yaratdı

İntizar Əmirova

Eritrozin e-127 qorxusu tiroid xərçənginə səbəb olur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu