24 C
Baku
11 Sentyabr 2025, 5:06
DünyaHadisə

Partlayış nəticəsində bina çökdü: 33 nəfər yaralandı

Bugun.tv xəbər verir ki, hadisə Fransada yaşanıb. Gecə saatlarında Marsel şəhərində partlayış olub. Hadisənin baş vermə səbəbi hələki məlum deyil.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Partlayışın təsirindən dağılan binada yanğın baş verib. Alov qonşu tikililərə də  sıçrayıb. Hadisə yerinə yanğınsöndürənlər sövq edilib. Binanın uçması, bitişik binaya ciddi ziyan vurub.

İlkin məlumata görə, partlayışda 33 nəfər xəsarət alıb. Sakinlər təhlükəsizlik məqsədilə təxliyə edilib.

Şəhərin meri Benoit Payan dağıntılar altında can itkisindən narahat olduğunu bildirib.

Bölgə qubernatoru Kristof Mirmand yanğının qaz sızmasından baş vermə ehtimalına diqqət çəkib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: TRT haber

Nigar Məmmədova

Oxşar xəbərlər

Alimlər yemək sırasının arıqlamaqda uğura təsir edib-etmədiyini öyrəniblər

Aynur Camal

Avtotəmir sexlərinin birində oğurluq edən şəxs saxlanıldı

Kəmalə Sultan

77 qeyri-qanuni mühacir və 34 axtarışda olan şəxs tutuldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu