DünyaHadisə

Partlayış nəticəsində bina çökdü: 33 nəfər yaralandı

Bugun.tv xəbər verir ki, hadisə Fransada yaşanıb. Gecə saatlarında Marsel şəhərində partlayış olub. Hadisənin baş vermə səbəbi hələki məlum deyil.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Partlayışın təsirindən dağılan binada yanğın baş verib. Alov qonşu tikililərə də  sıçrayıb. Hadisə yerinə yanğınsöndürənlər sövq edilib. Binanın uçması, bitişik binaya ciddi ziyan vurub.

İlkin məlumata görə, partlayışda 33 nəfər xəsarət alıb. Sakinlər təhlükəsizlik məqsədilə təxliyə edilib.

Şəhərin meri Benoit Payan dağıntılar altında can itkisindən narahat olduğunu bildirib.

Bölgə qubernatoru Kristof Mirmand yanğının qaz sızmasından baş vermə ehtimalına diqqət çəkib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

Aİ-nin yeni miqrasiya və sığınacaq qaydaları qüvvəyə mindi

Aynur Camal

Qəzzanın ilk qadın amputant futbol komandası bütün çətinliklərə baxmayaraq arzularının ardınca gedir

Aynur Camal

Qəbələdə 5,1 bal gücündə zəlzələ baş verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu