26 C
Baku
18 Sentyabr 2026, 14:08
Baş xəbərDünya

Partlayış oldu: Bir çox sayda avtomobil yandı

Bugun.tv xəbər verir ki, İtaliyanın Milan şəhərinin mərkəzində baş verən partlayışdan sonra çoxlu avtomobillər alovlanıb.
İtaliya mediası partlayışın oksigen qazı qutuları daşıyan furqonda baş verdiyi ehtimal edildiyini bildirib.

SkyTG24 televiziyası Milanın Porta Romana rayonundan yüksək qara tüstü buludlarını və hadisə yerində yanğınsöndürənləri göstərən görüntüləri yayımlayıb.

Yanan avtomobillər qısa müddətdə söndürülərkən ətrafdakı binaların pəncərələrindən tüstü çıxdığı görülüb.

“Corriere della Sera” qəzeti ibtidai məktəb və yaşayış binasının təxliyə edildiyini yazıb. İlkin məlumata görə, bir nəfər xəsarət alıb.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ kosmosda və Ay ətrafında mümkün döyüşlərə hazırlaşır

Aynur Camal

“Ölmək qadağandır!” Tayland baş nazirindən əcnəbilərə sərt xəbərdarlıq

Aynur Camal

“Səhnəmizin Şəfəq Çağı” adlı teatral-konsert proqramı keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu