Baş xəbər

Paşinyan etiraf etdi: “Təhlükəsizlik baxımından Rusiyaya güvənmək səhv idi”

Bugun.tv xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin təhlükəsizlik baxımından Rusiyadan asılılığını strateji səhv kimi qiymətləndirib.

Ermənistanın baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica” nəşrinə danışarkən Rusiyanı tənqid edərək, “Təhlükəsizlik məsələsinin Rusiyadan asılı olması strateji səhv idi”, – deyib.

Azərbaycanla danışıqların davam etdiyini deyən Paşinyan Qarabağda yaşayan ermənilərin Rusiyanın qarantiyası altında olduğunu xatırladıb. O, Azərbaycanın bölgədə gömrük-keçid məntəqəsi yaratmasına reaksiya verib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Rusiya ilə bağlı Ermənistanda dərin məyusluq yarandığını bildirən Paşinyan “Məncə, bu, açıq həqiqətdir”, – söyləyib.

Paşinyan Azərbaycanla münaqişəni əsas gətirərək ilin əvvəlində Ermənistanda keçirilməsi planlaşdırılan KTMT təliminə ev sahibliyi etməkdən imtina edib.

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan qarşılıqlı müdafiə sazişi imzaladı

Aynur Camal

Prezident İlham Əliyev Media və Yayım Şurası ilə bağlı fərmanı təsdiqlədi

Aynur Camal

“Media haqqında” qanunlara dəyişiklik qəbul edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu