14 C
Baku
21 Noyabr 2024, 13:17
Baş xəbərDünyaSiyasət

Paşinyanın paylaşımı Ermənistanı qarışdırdı

Ermənistanın baş naziri Nikol Paşinyanın 1915-ci il hadisələri ilə bağlı “Böyük Fəlakət (Meds Yeghern)” və “cinayət” ifadələrindən istifadə etməsi Ermənistanda mübahisələrə səbəb olub.

Bugun.tv xəbər verir ki, Paşinyan öz şəxsi Facebook səhifəsində hakim partiyasının “Mülki müqavilə” siyasi məktəbi üçün hazırladığı “Ermənistan Respublikasının sosial psixologiyası” mövzusunda çıxışını paylaşıb.

Paşinyan açıqlamasında 1915-ci il hadisələri üçün Ermənistanda işlədilən “soyqırım” əvəzinə “Böyük Fəlakət (Meds Yeghern)” və “cinayət” sözlərindən istifadə edib. Qısa müddətdə müxalifət dairələrindən reaksiya alan Paşinyanın bu sözləri ölkədə gündəm olub.

O, 1915-ci illə bağlı “soyqırım” əvəzinə “Böyük fəlakət” (Meds Yeghern) ifadələrini işlətdiyi üçün müxalifət tərəfindən “erməni soyqırımını inkar etməkdə” ittiham edilib. Paşinyanın müavini Andranik Köçəryan “Paşinyan erməni soyqırımını inkar etmir. Belə bir şey ola bilməz.“ deyərək açıqlama verib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Gün ərzində 6 nəfərdə koronavirus aşkar edilib

Aynur Camal

Dünyada avtomobil satışı azalacaq

Teymur Əziz

Finlandiya Türkiyənin terrorla bağlı narahatlığını ciddi qəbul edir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu