Baş xəbərDünyaHadisə

Danimarkanın “Notr-Dam”-ı yanıb.

Bugun.tv xəbər verirk ki, Danımarkada 17-ci əsrə aid tarixi birja binasında yanğın olub və onun qüllələrindən biri uçub. Yanğınsöndürənlər söndürmə işlərini davam etdirərkən, sakinlər içəridə olan tarixi rəsmləri xilas edib.

Hürriyyətin məlumatına görə Danimarkanın paytaxtı Kopenhagendə parlament binasının daxil olduğu Kristiansborq sarayının yaxınlığındakı tarixi birja binasında yanğın baş verib.

Tikintisi 1625-ci ildə başa çatdırılan və “Danimarkanın Notr-Dam”-ı adlandırılan binanın 56 metr hündürlüyündə qüllə uçub.

İctimaiyyətə açıq olmayan, lakin zaman-zaman qala gecələri, konfranslar kimi tədbirlərin keçirildiyi binada baş verən yanğın yanğınsöndürənlərin uzun səylərindən sonra söndürülüb. Yanğının səbəbi hələlik məlum olmasa da, hadisə zamanı insan itkisinin olmadığı bildirilib.

Xatırladaq ki, Fransanın paytaxtı Parisdəki Notr-Dam kilsəsində isə 2019-cu ildə yanğın baş vermişdi və simvolik qüllə aşmışdı.

Oxşar xəbərlər

“Johnson & Johnson” şirkətinin gəliri 25,4 milyard dollara çatdı

Aynur Camal

Pastorun “dünyanın sonu” ilə bağlı iddiası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu

Aynur Camal

Meşə yanğını 300-ə yaxın evi məhv etdi, 1000-ə yaxın insan təxliyə olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu