“Moskva və Karakas arasında qarşılıqlı əlaqə beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsində mühüm amildir”.
Bugun.tv xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Venesuela prezidenti Nikolas Maduro ilə görüşündə deyib.
O, qeyd edib ki, tərəflər Rusiya-Venesuela əməkdaşlığının müxtəlif aspektlərini, o cümlədən təhlükəsizlik məsələlərini dərindən müzakirə ediblər. Rusiya və Venesuelanı möhkəm dostluq əlaqələri və zamanın sınağından çıxmış strateji tərəfdaşlıq birləşdirir.
Daha əvvəl bildirilib ki, Patruşev ölkəyə səfəri zamanı prezident Nikolas Maduro ilə görüşüb. Maduronun mətbuat katibi Karakasdakı görüşün videosunu öz Twitter səhifəsində yerləşdirib.
Patruşev həmçinin Karakasda xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları vasitəsilə Rusiya və Venesuela arasında əməkdaşlığın perspektivlərini müzakirə edəcək. Rəngli inqilablara qarşı mübarizəyə xüsusi diqqət yetirib. Patruşev və Milli Müdafiə Şurasının baş katibi Xose Ornelas Ferreyra Karakasda hər iki ölkənin nazirlik və idarələrinin rəsmiləri ilə təhlükəsizlik üzrə məsləhətləşmələr aparıblar. İştirakçılar həmçinin beynəlxalq münasibətlərin hazırkı vəziyyətini, o cümlədən Latın Amerikasındakı vəziyyəti müzakirə ediblər.