Image default
İdman

Poqba yaşıl meydana geri döndü

Uzun müddətdir zədədən əziyyət çəkən “Yuventus”un yarımmüdafiəçisi Pol Poqba nəhayət ki, sıraya dönüb.
Bugun.tv xəbər verir ki, fransalı yarımmüdafiəçi A Seriyasının 24-cü turu çərçivəsində ötən gecə baş tutan “Torino” ilə matçın iştirakçısı olub.
O, 4:2 hesabıyla qalib gəldikləri bu matçın 68-ci dəqiqəsində meydana daxil olub. Beləliklə, Poqba 315 günlük fasilədə sonra oyuna çıxıb.
Xatırladaq ki, Poqba sonuncu dəfə 2022-ci ilin aprel ayında –  “Mançester Yunayted”də çıxış edərkən “Liverpul”la görüşdə meydana çıxmışdı. Yayda azad agent kimi Turin klubuna keçən futbolçu müxtəlif zədələrə görə indiyədək heç bir oyunda iştirak etməmişdi.
Bugün TV

Oxşar xəbərlər

İngiltərədə 5 argentinalı futbolçunun iş icazəsinin ləğvi tələbi ilə kampaniya başladıldı

Aynur Camal

Fransa mətbuatı millinin məğlubiyyətini sərt tənqid etdi

Aynur Camal

Dünya Kubokunda dörddəbir finalın bütün iştirakçıları müəyyənləşdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu