10 C
Baku
23 Dekabr 2024, 1:00
Siyasət

Patruşev: “Rusiya-Venesuela əməkdaşlığı qlobal sabitliyi təmin edir”

“Moskva və Karakas arasında qarşılıqlı əlaqə beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsində mühüm amildir”.

Bugun.tv xəbər verir ki, bunu  Rusiya Təhlükəsizlik Şurasının  katibi  Nikolay Patruşev Venesuela prezidenti Nikolas Maduro ilə görüşündə deyib.

O, qeyd edib ki, tərəflər Rusiya-Venesuela əməkdaşlığının müxtəlif aspektlərini, o cümlədən təhlükəsizlik məsələlərini dərindən müzakirə ediblər. Rusiya və Venesuelanı möhkəm dostluq əlaqələri və zamanın sınağından çıxmış strateji tərəfdaşlıq birləşdirir.

Daha əvvəl bildirilib ki, Patruşev ölkəyə səfəri zamanı prezident Nikolas Maduro ilə görüşüb. Maduronun mətbuat katibi Karakasdakı görüşün videosunu öz Twitter səhifəsində yerləşdirib.

Patruşev həmçinin Karakasda xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları vasitəsilə Rusiya və Venesuela arasında əməkdaşlığın perspektivlərini müzakirə edəcək. Rəngli inqilablara qarşı mübarizəyə xüsusi diqqət yetirib. Patruşev və Milli Müdafiə Şurasının baş katibi Xose Ornelas Ferreyra Karakasda hər iki ölkənin nazirlik və idarələrinin rəsmiləri ilə təhlükəsizlik üzrə məsləhətləşmələr aparıblar. İştirakçılar həmçinin beynəlxalq münasibətlərin hazırkı vəziyyətini, o cümlədən Latın Amerikasındakı vəziyyəti müzakirə ediblər.

Nigar Məmmədova

Oxşar xəbərlər

Ərdoğan və NATO-nun baş katibi arasında telefon danışığı olub

Nigar Məmmədova

Lukaşenko Çinə səfər edib

Nigar Məmmədova

G7 dövlətləri Tehran və Ər-Riyad arasında münasibətlərin normallaşmasını alqışlayırlar

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu