Baş xəbərHadisəKriminal

Paytaxt ərazisindən avtomibil qaçıranlar saxlanıldı

Bugun.tv xəbər verir ki, Nəsimi rayonu ərazisindən “Mercedes“ avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Məlumata əsasən Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşları əməliyyat-axtarış tədbiri keçirib. Axtarış zamanı şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Səid Fərəczadə həmin avtomobillə saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində yerləşən bir estetik mərkəzdən 6000 manat dəyərində qızıl üzük, mobil telefon, planşet, noutbuk, saat, kamera, kosmetoloji cihaz və aparatların oğurlamasına da əsaslı şübhələr müəyyən edilib. Həmçinin əvvəllər də məhkum olması aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Paytaxtda digər bir maşın qaçırılması hadisə də qeydə alınıb. Bu barədə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbəsi ərazisindən “Toyota” avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Araşdırmalarla vətəndaşın mobil telefonunun və avtomobilinin açarının onunla birgə yaşayan qohumu İsrail Əlixanovun oğurlaması və avtomobili qaçırması məlum olub.

Polis əməkdaşlarının keçirdikiləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən İ.Əlixanov Bakı-Quba yolunda avtomobillə hərəkətdə olarkən saxlanılıb.

Hazırda Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Aşmış yük maşını yolu hərəkətə bağladı

Teymur Əziz

Redaktor.az-ın 6 yaşı tamam oldu

Aynur Camal

II Şuşa Qlobal Media Forumunda süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri müzakirə edilir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu