22 C
Baku
16 Sentyabr 2025, 14:25
Digər

Paytaxt Vaşinqtonun rəhbərliyi Donald Trampı məhkəməyə verib

Bugun.tv xəbər verir ki, onlar Trampı yerli idarəetmənin razılığı olmadan Milli Qvardiyanın minlərlə əsgərini şəhərə göndərməklə Konstitusiyanı və federal qanunu pozmaqda ittiham edir. Şəhərin baş prokuroru Brayan Şvalb müraciətində iddia edib ki, avqustun 11-dən etibarən mindən çox hərbçinin Vaşinqtona yerləşdirilməsi ordunun daxili hüquq-mühafizə məqsədləri üçün qeyri-qanuni istifadəsi deməkdir. Qeyd edək ki, Kaliforniya ştatının federal hakimi iyun ayında immiqrasiya reydləri ilə bağlı bir neçə gün davam edən etirazlardan sonra Trampın Los-Ancelesə Milli Qvardiya qoşunlarının yerləşdirilməsinin qanunsuz olduğuna dair qərar çıxarıb.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Çində insan bədəninin istiliyini elektrik enerjisinə çevirən parça yaradıldı

İntizar Əmirova

Virusa 11 nəfər yoluxub, ölən olmayıb

Sevinc Sadıqova

Zərdab rayonunda ağacları kəsərək təbiətə ziyan vuran şəxs saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu