Baş xəbərSosial

Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb — FOTOLAR

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2025-ci ildə ali məktəblərə qəbul olunmuş şəhid övladları ilə görüşüb.

Bugun.tv– xəbər verir ki, görüşdə Vətən Müharibəsi qəhrəmanı, şəhid Sübhan Cəbrayılovun övladı – Cəbrayılov Rahim, 3-cü dərəcəli “Vətənə Xidmətə Görə” ordeni ilə təltif olunmuş şəhid Ağayev Ramilin övladı – Ağazadə Zəhra, həmçinin 3-cü dərəcəli “Rəşadət” ordenli şəhid Zakirov Elvinin övladı – Zakirova Yağmur iştirak edib.

Zakir Fərəcov şəhid övladlarını təbrik edib, gələcək təhsillərində müvəffəqiyyətlər arzulayıb.

Zakir Fərəcov bildirib ki, dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, şəhid ailələrinə, qazilərə və onların övladlarına xüsusi diqqət göstərilir.

Sumqayıtda şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, onların gənc nəslinin cəmiyyətə faydalı vətəndaş kimi formalaşması üçün gələcəkdə də bütün zəruri dəstək göstəriləcək.

Şəhid övladları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Sonda hədiyyələr təqdim olunub və xatirə şəkili çəkilib.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir

Aynur Camal

“Səhnəmizin Şəfəq Çağı” adlı teatral-konsert proqramı keçirildi

Aynur Camal

Gündə cəmi 5 dəqiqə kitab oxumaq orqanizmə necə təsir edir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu