25 C
Baku
27 İyul 2024, 4:14
Kriminal

Paytaxtda dəhşətli qətl hadisəsi baş verdi-FOTO+VİDEO

Paytaxtda ağır qətl hadisəsi baş verib 

Bərbərlər arasında mübahisə ölümlə nəticələnib. Bugun.tv xəbər verir ki, hadisə günorta saat 13:00 radələrində qeydə alınıb. Nəsimi rayon Asif Məhərrəmov küçəsində bərbər işləyən 28 yaşlı İsmət Qədirov həmyaşıdı bərbər İlkin Qurbanlını öldürüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Bugun.tv-yə məlumat verib. O, bildirib ki, qətldə təqsirləndirilən İ.Qədirov saxlanılıb.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb. İstintaq gedir.  

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Qaçaqmalçılıq əməliyyatı oldu: 13 nəfər saxlanıldı

Bugün TV

15 min manat oğurlayan saxlanıldı

Bugün TV

Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu