5 C
Baku
28 Fevral 2026, 15:52
Baş xəbərKriminal

Paytaxtda dəhşətli qəza baş verdi

Bakı şəhər kənar dairəvi yolda qeydə alınmış qəza ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bugun.tv-yə məlumat verib.

Bildirilib ki, bu gün saat 10:50 radələrində Bakı kənar dairəvi yolunun 7-ci kilometrliyində Qasımov Nəsir Habil oğlunun idarə etdiyi “Mercedes” markalı, 99-OA-693 dövlət qeydiyyat nişanlı yük avtomobili paytaxt istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Xəsarət alan sürücüsü xəstəxanaya yerləşdirilib. Hadisə yerinə cəlb olunan DYP əməkdaşları tərəfindən yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.

Aynur Camal

Oxşar xəbərlər

Bakıda “Mərhəmət gecəsi” adlı xeyriyyə tədbiri keçiriləcək

Aynur Camal

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb

Aynur Camal

Deputat gənclərə çağırış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu