30 C
Baku
19 İyul 2024, 12:15
Baş xəbərKriminal

Paytaxtda dələduzluq edən şəxslər saxlanıldı

avtobusda cibgirlik

Bugun.tv xəbər verir ki, Yasamal rayonunun B.Səfəroğlu küçəsində dələduzluq hadisəsi baş verib. Hadisə zamanı 2 nəfərin Sumqayıt şəhər sakini K.Həsənovu kəsici alətlə hədələyərək 110 manat pulunu talamaları barədə polisə məlumat daxil olub.

Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 1989-cu il təvəllüdlü Emin Zamanov və 1988-ci il təvəllüdlü Süleyman Əsgərov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Azərbaycan Qlobal Rəqəmsal Biznesə Dəstək Reytinqində 60-cı yerdə qərarlaşıb

Aynur Camal

Etiraz aksiyaları və tədbirlər müvəqqəti olaraq qadağan edildi

Sevinc Sadıqova

Makron Brüsseldə Avropa İttifaqı sammitini tərk etdi – FOTO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu