Image default
Baş xəbərDigər

Paytaxtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər ötən gün də davam etdirildi

Bugun.tv xəbər verir ki, Paytaxt ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər ötən gün də davam etdirilib.

Növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 54 fakt aşkar edilib. İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan daha 88 nəfər saxlanılıb.

Qanunsuz dövriyyədən 3 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Saxlanılan şəxslərin hər biri barəsində cinayət və inzibati xarakterli tədbirlər görülüb.

Paytaxtda hüququpozmalara qarşı və aşkarlanan faktlarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Vüqar Bayramov: Prezident İlham Əliyevin Almaniyaya səfəri iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır

Aynur Camal

Deputat Vüqar Bayramov: Qeyri-neft-qaz idxalının azalması valyuta axını baxımından müsbət tendensiyadır

Aynur Camal

Ceyhun Məmmədov: Milli dəyərlərin qorunmasında gənclərin üzərinə böyük məsuliyyət düşür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu