12 C
Baku
30 Aprel 2026, 23:22
Texnologiya

Pekin ABŞ-nin “TikTok” qadağasına etiraz edir

Bugun.tv xəbər verir ki, Pekin ABŞ-nin “TikTok” sosial şəbəkəsinin qadağan edilməsi ilə bağlı cavab tədbirləri görəcək. Çin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi He Yadun bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. Onun sözlərinə görə, Vaşinqton xarici kompaniyalara “əsassız təzyiqləri” dayandırmalı və “ABŞ-yə sərmayə yatıran bütün ölkələrin şirkətləri üçün açıq və ədalətli mühit”i təmin etməlidir.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası “TikTok” sosial şəbəkəsinin qadağan edilməsi ideyasını dəstəkləyib. Qanunvericilər sosial şəbəkəni satmaq üçün “ByteDance” kompaniyasına altı ay vaxt verilməsini təklif ediblər. Bundan sonra təşəbbüs baxılması üçün Senata göndəriləcək. Prezident Cozef Bayden bundan əvvəl müvafiq qanun layihəsini imzalayacağını deyib.

Qeyd edək ki, 2017-ci ildə istifadəyə verilən “TikTok” tətbiqinin beynəlxalq versiyası 2018-ci ilin avqustunda bazara çıxıb. Çin kompaniyasına məxsus sosial şəbəkənin Birləşmiş Ştatlar üçün təhlükə yaratdığını iddia edən ABŞ administrasiyası onun qadağan edilməsinə çalışır. Vaşinqtonun fikrincə, həmin tətbiq Çin hakimiyyəti və kəşfiyyat xidmətləri üçün məlumat toplama alətidir.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Döyüş qərarlarını sürətləndirmək üçün Süni İntellektdən istifadə ediləcək

Aynur Camal

Alimlər kosmik uçuşlar üçün süni yuxu texnologiyasına yaxınlaşıblar

Aynur Camal

NASA’nın Webb teleskopu kainatda nadir exoplanet kəşf edib — limon formasında və qeyri‑adi atmosferli planet

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu