Bugun.tv xəbər verir ki, Çində güclü yağışlar səbəbindən baş verən Doksuri qasırğasından sonra Pekində 31 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Fujian əyalətində hadisənin vurduğu iqtisadi zərərin 67 milyon dollar olduğu açıqlanıb.
KİV-in məlumatına görə, 4000-dən çox tikinti sahəsində işlər dayandırılıb, 20-yə yaxın bina zədələnməyə nəzarətə götürülüb, şəhərdəki təbii ərazilər bağlanıb. Tələfat yoxdur.