1 C
Baku
10 Fevral 2026, 11:20
İqtisadiyyat

Pensiya artımları kimlərə şamil olunacaq? – İndeksləşdirmənin detalları açıqlandı

Azərbaycan vətəndaşlarının pensiya kapitalı

Bugun.tv- xəbər verir ki, Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb.

Bu barədə iqtisadçı deputat Vüqar Bayramov öz sosial media hesabında paylaşım edib.

Deputat bildirib ki, sərəncama əsasən 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlara uyğun olaraq 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artımına əsasən 9,3 faiz indeksləşdirilərək 2026-cı ilin 1 yanvar tarixindən artırılacaq.

Vüqar Bayramov qeyd edib ki, əmək pensiyalarının indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Qanuna əsasən həyata keçirilir. Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqında qeydə alınan artım faizi qədər indeksasiya edilərək yüksəldilir.

Deputat vurğulayıb ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. Belə ki, qanunun 4-cü maddəsinə əsasən əmək pensiyalarının 3 növü var: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası.

Bayramov bildirib ki, bu isə o deməkdir ki, əmək pensiyası alan vətəndaşların pensiya məbləğinə növündən asılı olmayaraq artım hesablanacaq.

O əlavə edib ki, indeksləşdirmə əvvəlki ilin göstəricilərinə əsaslandığı üçün 2025-ci ilin dekabrın 31-dək pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq.

Deputatın sözlərinə görə, bu artımlar ümumilikdə 1 milyon 100 min vətəndaşa şamil olunacaq.

Aynur Camal

Oxşar xəbərlər

“Minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılacaq” – Vüqar Bayramovdan açıqlama

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

Vüqar Bayramov: Zəngəzur dəhlizi Azərbaycana 3 milyard dollar tranzit gəliri gətirə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu