25 C
Baku
25 Sentyabr 2026, 17:15
arıqlamaq, psixoloji üsul, motivasiya, Dmitri Deulin, sağlam qidalanma, çəki atmaq, rəqabət effekti, idman motivasiyası, arıqlama dəstək qrupu, düzgün pəhriz, stress və overeating
Səhiyyə

Arıqlamaq üçün effektiv psixoloji üsul

Bugun.tv xəbər verir ki, psixoloq və MDU-nun (MGPPU) “Ekstremal psixologiya” fakültəsinin dekanı Dmitri Deulin arıqlama prosesini sürətləndirən sadə, lakin təsirli psixoloji üsul barədə danışıb.

Onun sözlərinə görə, arıqlamaq istəyən insanın tək deyil, komanda şəklində hərəkət etməsi daha yaxşı nəticə verir. Bu zaman “rəqabət effekti” işə düşür və sağlam yarış mühiti insanı daha çox motivasiya edir.

Psixoloq bildirib ki, məqsədi eyni olan insanların bir araya gəldiyi dəstək qrupu – onlayn icma, ailə üzvü və ya dost arıqlama prosesində mühüm rol oynayır. Belə şəxslər insanın uğurlarını izləyərək ona müsbət rəy verə bilər və bu da motivasiyanı artırır.

Mütəxəssis əlavə edib ki, insanın nəticələrinin başqaları tərəfindən izlənməsi və qiymətləndirilməsi – tərif, alqış və ya qısa motivasiyaedici sözlər – arıqlama prosesini daha da gücləndirir.

Deulin eyni zamanda sağlamlıq və çəki göstəricilərinin mütəmadi izlənməsini, qidalanma planının hazırlanmasını və həddindən artıq yeməyə səbəb olan mənfi təsirlərin aradan qaldırılmasını tövsiyə edib.

arıqlamaq, psixoloji üsul, motivasiya, Dmitri Deulin, sağlam qidalanma, çəki atmaq, rəqabət effekti, idman motivasiyası, arıqlama dəstək qrupu, düzgün pəhriz, stress və overeating
Gimnastika

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Sağlam böyüklər üçün gündəlik zülal norması açıqlandı

Aynur Camal

Həkim qaynadılmış ətdən çox yeməyin zərərini açıqladı

Aynur Camal

Qocalma zamanı əzələ zəifləməsinin səbəblərindən biri tapıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu