6 C
Baku
9 Fevral 2026, 19:25
Sosial

Pensiya yaşı aşağı salınsın – TƏKLİF

“Azərbaycanda pensiya yaşı aşağı salınmalıdır”.

Bugun.tv-nin məlumatına görə, bunu Milli Məclisin iclasında 2023-cü ilin büdcə layihələrinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

“Mətbuatdan oxuyuram ki, Azərbaycanda kişilərin 47 faizi 65 yaşa qədər yaşayır. Bu rəqəmi Dövlət Statistika Komitəsinə istinadən səsləndirirlər. Bilmirəm nə dərəcə doğrudur, ancaq hər halda bəzi məsələləri nəzərə almalıyıq”, – deyə Qüdrət Həsənquliyev əlavə edib.

Deputat təklif edib ki, ölüm halları üzrə yaş nisbəti nəzərə alınmalı və pensiya yaşı aşağı salınmalıdır.

“İnsanlar pensiyanı tez almalıdırlar. Kişilər tez ölürsə, onların pensiyaya çıxmaq yaşı azaldılmalıdır”, – deyə o bildirib.

Bugün TV

Oxşar xəbərlər

Ekspertlər: mədə yanmasını təkcə acı və yağlı yeməklər yaratmır

Aynur Camal

Moda 2026: Gen Z 2000-ci illərin aktiv geyim üslubunu yenidən populyarlaşdırır

Aynur Camal

“Gənclər Azərbaycanın inkişafında aparıcı qüvvədir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu