Baş xəbərSosial

Bərdə terroru zamanı həlak olan 7 yaşlı Aysunun bacısı dünyaya gəlib

Bugun.tv TƏBİB-ə istinadən xəbər verir ki,Erməni silahlı birləşmələrinin Bərdə rayonunda yaşayış məntəqəsini raket atəşinə tutması nəticəsində həlak olan 2013-cü il təvəllüdlü Aysu İsgəndərovanın bacısı dünyaya gəlib

TƏBİB-in tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində 11.11.2022-ci il tarixində pasiyent Mətanət İsgəndərova dördüncü keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. 3 kq 100 qr çəkisi, 50 sm boyu olan körpəyə bacısı Aysunun adı qoyulub.

Uğurlu keçən əməliyyatı tibb üzrə fəlsəfə doktoru, həkim-cərrah Teymur Əlləzov həyata keçirib.

Əməliyyatdan sonra körpənin və ananın vəziyyəti yaxşı olub. Onlara bir neçə gün ərzində zəruri tibbi xidmətlər göstərilib və artıq evə buraxılıb.

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Bakı Enerji Həftəsi Azərbaycanın iqtisadi və enerji potensialını nümayiş etdirir

Aynur Camal

“Uşaqların xoşbəxt gələcəyi hər kəsin məsuliyyətidir”

Aynur Camal

“Müstəqilliyimizi qorumaq və möhkəmləndirmək əsas vəzifəmizdir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu