34 C
Baku
27 İyul 2025, 18:28
Baş xəbərSosial

Pensiyaların orta aylıq məbləği artdı

Bugun.tv-yə daxil olan məlumata görə, cari ilin birinci rübündə pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz (198 mln. manat) çox olmaqla 1 mlrd. 416 mln. manat vəsait yönəldilib.

Pensiyaların orta aylıq məbləği 16 faiz artaraq 423 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 15 faiz artaraq 456 manata çatıb.

Növbəti sosial islahat paketi çərçivəsində minimum pensiya bu il fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. Ötən il pensiyaçılara verilən maddi yardımlar bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilərək pensiyaları artırılıb.

Həmin artım tətbiq edildikdən sonra pensiyaların 2022-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilərək artırılması təmin edilib.

Bu ilin 3 ayı ərzində 10,3 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 81,7 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Aynur Camal

Oxşar xəbərlər

XİN: “ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana qarşı qərəzli ittihamlarla dolu bəyanatını şiddətlə qınayır və rədd edirik”

Bugün TV

Brejnevin ehtiraslı dodaq öpüşü – Marqaret Tetçer və Fidel Kastro öpüşdən necə yayındı?

Aynur Camal

“ASAN xidmət” əməkdaşları arasında minifutbol turniri keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu