Bugun.tv xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi hərbi və mülki əməkdaşların istifadəsi üçün ChatGPT və Grok-un xüsusi versiyalarını işə salıb.
Hi-Tech Mail yazır ki, yeni sistemlər ChatGPT Mil və Grok for Government adlanır. Onlar adi istifadəçilərin giriş etdiyi süni intellekt xidmətlərindən fərqli olaraq, xüsusi qorunan GenAI.mil platformasında işləyir.
Bu sistemlərin əsas üstünlüyü həssas, lakin məxfi olmayan məlumatlarla daha qorunan mühitdə işləmək imkanının yaradılmasıdır. ChatGPT Mil əsasən sənədlərlə işləmək, layihələri hazırlamaq, planlaşdırma, logistika və inzibati işlər üçün nəzərdə tutulub.
Grok for Government isə satınalmaların təhlili, təchizat zəncirinin idarə olunması və digər iş proseslərində istifadə ediləcək.
Pentaqonun məlumatına görə, GenAI.mil platformasından artıq 1,7 milyondan çox əməkdaş istifadə edir. Yeni sistemlərin potensial istifadəçi dairəsinin isə təxminən 3 milyon nəfər olduğu bildirilir.
Pentaqon beləliklə müxtəlif süni intellekt modellərindən istifadə edərək bir şirkətdən asılılığı azaltmağa çalışır.
Mənbə: Hi-Tech Mail
