28 C
Baku
9 İyul 2025, 12:26
Baş xəbərDünya

Pentaqon İranın Hind okeanında tankerə PUA zərbəsi endirdiyini bildirdi

ABŞ Müdafiə Nazirliyi şənbə günü İrandan buraxılan pilotsuz uçuş aparatının Hind okeanında kimyəvi tankerə zərbə endirdiyi barədə bəyanat yayıb.

Bugun.tv “Reuters” agentliyinə istinadla xəbər verir ki, bəyanatda Liberiya bayrağı altında üzən Yaponiyaya və Hollandiyaya məxsus CHEM PLUTO kimyəvi tankerinin Hind okeanında, Hindistanın Qucarat limanından 200 dəniz mili (370 kilometr) aralıda vurulduğu bildirilib. “Birtərəfli hücum pilotsuz aparat tərəfindən İrandan həyata keçirilib”, – deyə Pentaqonun sözçüsü bəyan edib.

İnsident oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra artan regional gərginliyi və gəmi yolları üçün risk dərəcəsini artırıb. Pentaqonun bəyanatında deyilir ki, bu, “2021-ci ildən bəri İranın ticarət gəmilərinə yeddinci hücumudur”. Həmçinin məlumat verilib ki, insident nəticəsində itki olmayıb və tankerin göyərtəsində baş verən qısamüddətli yanğın söndürülüb.

İranın BMT-dəki nümayəndə heyətinin sözçüsü şərh sorğusuna cavab verməyib.

Aynur Camal

Oxşar xəbərlər

13 yaşlı qızı özündən 24 yaş böyük kişiyə nişanladılar-VİDEO

Bugün TV

Yerin maqnit qütbünün mövqeyi dəyişir

Aynur Camal

Qeyri-qanuni erməni birləşmələri üçün qanunsuz hərbi daşımalar davam edir – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu