DünyaHadisə

Pentaqon: “Vaqner əslində bitdi”

Bugun.tv xəbər verir ki, Pentaqonun sözçüsü briqada generalı Patrick Ryder, Vaqnerin qurucusu Yevgeni Priqojinin ölümü ilə əlaqədar, “Vaqner qrupu mahiyyətcə bitdi”, – deyib.

Yığıncaqda bir jurnalist, keçən il Şimali Koreyanın Vaqnerə silah satdığına dair irəli sürülən iddiaları xatırladaraq, “Vaqner ilə Şimali Koreya arasındakı silah müqaviləsinin bitdiyinə inanırsınızmı?”, – sualını verib.

Vaqnerin qurucusu Priqojinin ölümünə toxunan Ryder, “Burada əsas məqam Wagner qrupunun mahiyyətcə bitməsidir. Ona görə də deyə bilərəm ki, heç bir danışıqlar yoxdur”, – o bildirib.

Vaqnerin bir müddətdir Rusiya-Ukrayna müharibəsində meydanda ən təsirli faktor olduğunu ifadə edən Ryder, “Rusiya İran və Şimali Koreya kimi zalım rejimlərdən sursat və ya silah almağa çalışır”, – deyib.

Rayder Şimali Koreyanı Rusiyaya heç bir silah verməməyə çağırdığını təkrarlayıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

ABŞ səfiri: Tramp diplomatik danışıqlara imkan yaratmaq üçün İrana hücumları dayandırdı

Aynur Camal

Rusiya Kiyev vilayətində hərbi təlim obyektini raketlə vurdu: 10 nəfər ölüb, 100-ə yaxın yaralı var

Aynur Camal

Hörmüz boğazında humanitar böhran: Təxminən 6 min dənizçi gəmilərdə köməksiz qaldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu