33 C
Baku
21 İyul 2025, 17:04
DünyaHadisə

Peruda qasırğa 2500 ailəni evsiz qoydu

Paytaxt Lima başda olmaqla, 6 şəhərə  təsir edən Yaku qasırğası sellərə səbəb olub. Baş nazir Alberto Otarola yüzlərlə binanın su altında qaldığını, bəzi yerlərdə fövqəladə vəziyyət elan ediləcəyini bildirib.

Bugun.tv xəbər verir ki, bu barədə Peru televiziyası məlumat yayıb.

Bildirilir ki, daşqınlar nəticəsində 2500 adam evsiz qalıb. Müdafiə naziri Xorxe Çavez ağır texnikanın dərələri təmizləməyə çalışdığını bildirib. Bəzi şəhərlərdə sürüşmə və çayların daşması səbəbindən yollar tamamilə bağlanıb. Həyat iflic vəziyyətə düşüb.

Milli Meteorologiya və Hidroloji Xidmət agentliyi güclü yağışların sabaha qədər davam edəcəyini bildirib. Vətəndaşlara diqqətli olmaları barədə xəbərdarlıq edilib.

Prezident Dina Boluarte  Yaku qasırğasının səbəb ola biləcəyi hadisələr ilə bağlı paytaxtda  həyəcan siqnalı verildiyini deyib.

Nigar Məmmədova

Oxşar xəbərlər

45 qeyri-qanuni immiqrant xilas edildi

Bugün TV

ABŞ lideri Co Baydeni qəzəbləndirən telefon zəngi

Aynur Camal

İtburnu necə düzgün dəmləmək və maksimum fayda əldə etmək üçün onları nə ilə içmək olar?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu