14 C
Baku
15 Noyabr 2025, 23:51
DünyaHadisə

Peruda qasırğa 2500 ailəni evsiz qoydu

Paytaxt Lima başda olmaqla, 6 şəhərə  təsir edən Yaku qasırğası sellərə səbəb olub. Baş nazir Alberto Otarola yüzlərlə binanın su altında qaldığını, bəzi yerlərdə fövqəladə vəziyyət elan ediləcəyini bildirib.

Bugun.tv xəbər verir ki, bu barədə Peru televiziyası məlumat yayıb.

Bildirilir ki, daşqınlar nəticəsində 2500 adam evsiz qalıb. Müdafiə naziri Xorxe Çavez ağır texnikanın dərələri təmizləməyə çalışdığını bildirib. Bəzi şəhərlərdə sürüşmə və çayların daşması səbəbindən yollar tamamilə bağlanıb. Həyat iflic vəziyyətə düşüb.

Milli Meteorologiya və Hidroloji Xidmət agentliyi güclü yağışların sabaha qədər davam edəcəyini bildirib. Vətəndaşlara diqqətli olmaları barədə xəbərdarlıq edilib.

Prezident Dina Boluarte  Yaku qasırğasının səbəb ola biləcəyi hadisələr ilə bağlı paytaxtda  həyəcan siqnalı verildiyini deyib.

Bugün TV

Oxşar xəbərlər

11 sentyabr planlaşdırıcıları ABŞ hökuməti ilə razılaşdılar

Aynur Camal

ABŞ-da Oklahoma qubernatoru Stitt Texasa dəstək olmaq üçün milli qvardiyasını Meksika sərhədinə göndərəcək

Bugün TV

İşçi avtobusunun vurduğu ana və 5 yaşlı qızı həyatını itirdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu