Siyasət

Peskov: “Bryansk vilayətində törədilən terror aktı diqqətlə araşdırılacaq”

“Martın 2-də Rusiyanın Bryansk vilayətində törədilən terror aktı diqqətlə araşdırılacaq. Gələcəkdə belə hadisələrin olmaması üçün zəruri qabaqlayıcı tədbirlər görüləcək”.

Bugun.tv TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Rəsmi məlumatlara görə, dünən ukraynalı diversantlar Rusiyanın Bryansk vilayətinin sərhəd bölgəsinə daxil olublar. Hücumda 2 nəfər ölüb, 11 yaşlı uşaq isə yaralanıb.

Rusiya Federal Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyinin qüvvələri ilə birlikdə dövlət sərhədini pozan silahlı ukraynalı millətçiləri məhv etmək üçün tədbirlər gördüyünü bildirib.
Vladimir Putin hadisəni terror aktı kimi qiymətləndirib.

Bugün TV

Oxşar xəbərlər

ABŞ Rusiyanın maliyyə nazirini G20 danışıqlarına qaytardı

Aynur Camal

Tramp İranın Xark adasının “dağıdıldığını” iddia edib – ABŞ bunu təsdiqləməyib

Aynur Camal

Məhəmməd Əsədullazadə: Pezeşkianla SEPAH arasında qarşıdurma dərinləşir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu