Image default
Dünya

Peskov: Cenevrə danışıqlarında ərazi məsələsi müzakirə olunacaq

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, 17-18 fevral tarixlərində İsveçrənin Cenevrə şəhərində keçiriləcək Ukrayna ilə bağlı danışıqlarda əvvəlki raundlarla müqayisədə daha geniş mövzular müzakirə ediləcək.

Peskovun sözlərinə görə, Cenevrədə aparılacaq danışıqlar zamanı əsas məsələlər, o cümlədən ərazilərlə bağlı mövzular gündəmdə olacaq.

O qeyd edib ki, bu dəfə müzakirələr yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmayacaq və Rusiyanın irəli sürdüyü tələblərlə bağlı bütün əsas mövzular əhatə ediləcək. Peskov bu səbəbdən danışıqlarda əsas nümayəndənin iştirakının vacib olduğunu vurğulayıb.

“Bu dəfə daha geniş mövzular spektri müzakirə olunacaq. Buraya əsas məsələlər, o cümlədən ərazilər və digər mövzular daxildir. Bu, bizim irəli sürdüyümüz tələblərlə bağlıdır. Buna görə də əsas danışıqlar aparan şəxs, yəni Vladimir Medinskinin iştirakı vacibdir”, – deyə Peskov bildirib.

Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ arasında təhlükəsizlik üzrə üçtərəfli məsləhətləşmələrin ilk raundu 23-24 yanvar tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilib. Rusiya nümayəndə heyətinə həmin danışıqlarda Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Kostyukov başçılıq edib.

Əbu-Dabidə keçirilən ikinci raund isə 4-5 fevral tarixlərinə təsadüf edib.

Peskov daha əvvəl bildirib ki, növbəti görüş 17-18 fevral tarixlərində Cenevrədə yenə də Rusiya-ABŞ-Ukrayna formatında keçiriləcək. Rusiya nümayəndə heyətinə isə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Şərqi Afrikada quraqlıqdan zərər çəkən milyonlarla insan üçün yeni beynəlxalq yardım proqramı başladıldı

Aynur Camal

Hindistan elektronika istehsalını artırmaq üçün bəzi komponentlərin idxal rüsumlarını ləğv etdi

Aynur Camal

İngiltərə və Uelsdə oğlan uşaqlarına ən çox verilən ad ardıcıl üçüncü dəfə Məhəmməd oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu