Siyasət

Peskov: “Gürcüstandakı iğtişaşlarla Kremlinin əlaqəsi yoxdur”

“Rusiyanın ölkədə etirazlara səbəb olan Gürcüstanın xarici agenti haqqında qanun layihəsi ilə heç bir əlaqəsi yoxdur. Kreml heç nəyi ruhlandırmayıb”

Bugun.tv xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, ABŞ-ın bu cür qanunlar baxımından qabaqcıl olduğuna diqqət çəkib.

“Əgər düzgün başa düşsək, bu ABŞ qanunlarına çox bənzəyir”,- Peskov bildirib.

O, əlavə edib ki, Gürcüstandakı iğtişaşlar narahatlıq doğurur. “Axı bu, bizim qonşu ölkəmizdir və biz faktiki olaraq Gürcüstanla münasibətlərimizi saxlamasaq da, oradakı vəziyyətdən narahatıq. Sərhədlərimizdə əmin-amanlığın olması bizim üçün mütləq vacibdir. Təbii ki, oradakı hazırkı vəziyyət arzuolunan deyil”, – Peskov qeyd edib.

Xatırladaq ki, martın 7-8-də deputatlar xarici agent haqqında qanun layihəsini qəbul etdikdən sonra minlərlə etirazçı Tbilisidə küçələrə çıxıb. Martın 9-da hakim partiya qanun layihəsini parlamentdən geri götürmək qərarına gəlib.

Bugün TV

Oxşar xəbərlər

Tramp İranın Xark adasının “dağıdıldığını” iddia edib – ABŞ bunu təsdiqləməyib

Aynur Camal

Məhəmməd Əsədullazadə: Pezeşkianla SEPAH arasında qarşıdurma dərinləşir

Aynur Camal

Tramp Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirmək üçün fərman imzaladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu