Siyasət

Peskov: “Hüquq-mühafizə orqanları Bryansk vilayətinə hücumun səbəbkarlarını müəyyən etməlidir”

“Bizim hüquq-mühafizə orqanları Bryansk vilayətində ukraynalı diversantların hücumu olduğu aydın görünən hadisəni diqqətlə araşdırır. Təbii ki, bütün detallar müəyyən ediləcək. Çünki bunu kimin həyata keçirdiyini dəqiq bilmək vacibdir”.

Bugun.tv TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib ki, Ukrayna diversantları  sərhəd bölgəsinə soxulublar. Son məlumatlara görə, onlar iki kəndə daxil olublar. Rusiya Federal Təhlükəsizlik Xidməti silahlıların məhv edilməsi üçün əməliyyatın aparıldığını təsdiqləyib.

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Trampın Ukrayna siyasəti Moskvanın maraqlarına uyğunlaşır

Aynur Camal

D. Tramp V. Putinlə ticarət müqaviləsi bağladı

Aynur Camal

Məhəmməd Əsədullazadə: MDB regional və beynəlxalq siyasi çağırışlara cavab vermir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu