Səhiyyə

Pestisid? İspanaqdan sonra siyahıda daha hanısı tərəvəzlər var?

ABŞ-da fəaliyyət göstərən Environmental Working Group 2026-cı il üçün “Çirkli On İkilik” (Dirty Dozen) adlı illik hesabatını açıqlayıb.

Bugun.tv xəbər verir ki, hesabatda ispanaq, çiyələk və üzüm kimi məhsulların ən yüksək səviyyədə pestisid qalığına malik olduğu bildirilir. Siyahıya həmçinin nektarin, şaftalı, albalı, alma, böyürtkən, armud, kartof və qaragilə də daxildir.

Araşdırma zamanı United States Department of Agriculture tərəfindən 40 – dan çox növ meyvə və tərəvəzin 54 min nümunəsi analiz edilib. Nəticələrə görə, məhsulların əksəriyyətində orta hesabla dörd və ya daha çox pestisid növü aşkar olunub.

Mütəxəssislər bildirirlər ki, bir neçə pestisidin eyni anda qida vasitəsilə qəbul edilməsi sağlamlıq üçün əlavə risk yarada bilər. Araşdırmalara əsasən, pestisidlər erkən doğuş, genetik zədələnmələr, xərçəng, ürək xəstəlikləri və reproduktiv problemlərlə əlaqələndirilir.

Hesabatda ilk dəfə olaraq “əbədi kimyəvi maddələr” kimi tanınan PFAS birləşmələrinə də diqqət çəkilib. Bildirilir ki, “Çirkli On İkilik” siyahısına daxil olan məhsulların 60 faizindən çoxunda bu maddələrə rast gəlinib. United States Environmental Protection Agency PFAS kimyəvi maddələrinin xərçəng, hormonal pozuntular və immun sisteminin zəifləməsi ilə əlaqəli ola biləcəyini qeyd edir.

Bununla yanaşı, qida sənayesini təmsil edən qurumlar hesabatı tənqid edərək bildiriblər ki, məhsullardakı pestisid qalıqları əksər hallarda təhlükəsizlik normativlərindən aşağıdır və bu, avtomatik olaraq risk anlamına gəlmir.

Ekspertlər isə istehlakçılara daha az pestisid tərkibli məhsullardan istifadə etməyi, mümkün olduqda üzvi qidalara üstünlük verməyi və meyvə-tərəvəzləri istifadədən əvvəl yaxşı yumağı tövsiyə edirlər.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Həkim stomatoloqa getməzdən əvvəl edilən əsas səhvləri açıqladı

Aynur Camal

Gündə neçə fincan çay içmək təhlükəsizdir?

Aynur Camal

“Faydalı” qida əlavəsi xərçəng hüceyrələrini qidalandıra bilər – yeni araşdırma

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu