27 C
Baku
28 İyun 2025, 11:13
Dünya

Pezeşkianın ilk açıqlaması: İran İsraili peşman edəcək

İran prezidenti Məsud Pezeşkian İsrailin hücumları ilə bağlı açıqlama verib. Pezeşkian xalqa müraciətində “İranın qanuni və sərt cavabı İsraili bu hərəkətindən peşman edəcək” deyib. O, iranlıları liderliklərinə etibar etməyə və onların yanında olmağa çağırıb.

İran İnternational-ın məlumatına görə, Pezeşkian administrasiyası da bəyanat yayıb: “İran İsrailin hücumunda öldürülən hər bir insanın qanının qisasını alacaq. Belə qəddar rejimlə ancaq güc dili ilə danışmaq olar” deyib.

Bəyanatda deyilir: “İran İslam Respublikası hökuməti bundan sonra qeyri-qanuni İsraili peşman etmək üçün lazımi müdafiə, siyasi və hüquqi tədbirlər görməyə başlayıb və israillilərə bir anlıq sülh də verməyəcək”.

“İRAN BU HEKAYƏTİN SONUNU YAZACAQ”

Hökumət bəyan edib ki, dünya indi İranın zənginləşdirmə, nüvə texnologiyası və raket gücü hüququnda israrını daha yaxşı başa düşür.

İranın son 200 ildə heç vaxt müharibəyə başlamadığı, ancaq özünü müdafiə etməkdən də çəkinməyəcəyi bildirilən açıqlamada, “Bu hekayənin sonunu İran yazacaq” ifadəsi işlədilib.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Polşanın hava məkanını pozan raketin qalıqlarının axtarışına 480 hərbçi cəlb olunacaq

İntizar Əmirova

Təkcə əyilmək deyil: onurğamıza “pis təsir edən” 5 vərdiş

Aynur Camal

İnanılmaz hadisə! Hakimin qərarı polisin xoşuna gəlməyib və atəş açıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu