DigərSəhiyyə

Təzyiq hansı qoldan ölçülməlidir?

“Bizim insanlarımızda belə bir inanc var ki, təzyiq sol qoldan ölçülməlidir. Çünki ürək solda yerləşir. Əslində ürəyimiz solda yerləşmir və təzyiq ölçülərkəndə hər iki qoldan ölçülməlidir”.

Bugun.tv xəbər verir ki, “Təzyiq hansı qoldan ölçülməlidir?” sualına həkim kardioloq Üzeyir Rəhimovun aydınlıq gətirməsi Facebook hesabında paylaşılıb.

Dr. Üzeyir Rəhimov həmçinin deyib ki, təzyiq hansı qolda daha yüksəkdirsə o təzyiq diqqətə alınaraq müalicəyə başlanılmalıdır. Və hər dəfə də çalışmaq lazımdır ki, yüksək olan yerdən təzyiq ölçüsünü. Amma bununla yanaşı təzyiq ölçərkən bəzi şeylərə diqqət etməliyik:

Bunlardan:

  • Birincisi səssiz və sakit ortam olmalıdır;
  • İkincisi 5 dəqiqə dincəldikdən sonra təzyiq ölçülməlidir;
  • Üçüncüsü əsəbi vaxtlarda təzyiq ölçmək olmaz;
  • Dördüncüsü siqaret, çay və qəhvə içdikdən otuz dəqiqə sonra ancaq təzyiq ölçülə bilər;
  • Təzyiq ölçülərkən ayaqlar yerə dəyməlidir yəni ayağımızı ayağınızın üstünə atmamalıyıq;
  • Kürəyimizi arxamıza söykəməliyik;
  • Qolumuz da masanın üzərinə qoyulmalıdır;

Bütün bunlara diqqət etdikdən sonra doğru təzyiq ölçümü aparıla bilər”.

Aynur Camal

Oxşar xəbərlər

Məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirildi

Aynur Camal

Alimlər ürək sağlamlığı üçün ən faydalı meyvə və tərəvəzləri müəyyən ediblər

Aynur Camal

ABŞ-da qızılca xəstəliyinə yoluxma halları son 33 ilin rekordunu yenilədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu