DünyaKriminal

Pişik paltarından külli miqdarda narkotik tapıldı

Bugun.tv xəbər verir ki, hadisə Rusiyada yaşanıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində narkotik alverçisi qadın yaxalanıb. Şübhəlinin 170 qram metamfepramonu ev pişiyinin paltarında gizlətdiyi açıqlanıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi  məlumat yayıb.

Bildirilir ki, qadın şübhə doğurmamaq üçün azyaşlı qızı və körpəsini gəzməyə çıxaran ana kimi davranıb.

Axtarış zamanı polis pişiyin paltarından narkotik vasitə olan 5 bağlama metamfepramon maddə götürüb.Qadının qaldığı mənzilə baxış keçirilib. Evdən rəqəmsal tərəzi, narkotik qablar və daha çox qanunsuz maddələr də daxil olmaqla digər sübutlar tapılıb.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu