25 C
Baku
18 Sentyabr 2026, 18:06
DünyaSiyasət

15 diplomat haqqında “Persona non qrata” elan edildi

Norveç casusluqda ittiham olunan 15 rusiyalı diplomatı ölkədən çıxaracaq.

Bugun.tv xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri Anniken Huitfeldt məlumat yayıb.

“Rus kəşfiyyatının ölkəmizdəki təsirini azaltmaq və bununla mübarizə aparmaq, milli maraqları təmin etmək üçün mühüm tədbir görməliyik”,- nazir bildirib.

Huitfeldt “Persona non qrata” elan edilən 15 rus diplomatın bir an əvvəl ölkəni tərk etmələri lazım olduğunu vurğulayıb. O, qeyd edib ki, Norveçə keçmək üçün müraciət edən kəşfiyyat işçilərinə viza verilməyəcək.

Nazir bildirib ki, ölkənin Daxili Kəşfiyyat Xidməti bu barədə lazımi açıqlama yayacaq.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

M.Əsədullazadə: Rusiya seçkilərdən sonra yeni hərbi kampaniyaya başlaya bilər

Aynur Camal

ABŞ kosmosda və Ay ətrafında mümkün döyüşlərə hazırlaşır

Aynur Camal

“Ölmək qadağandır!” Tayland baş nazirindən əcnəbilərə sərt xəbərdarlıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu