14 C
Baku
28 Mart 2024, 19:15
Maraqlı faktlar

Piton onu tamamilə uddu: Dünya bu qorxulu görüntülərdən danışır!

Bugun.tv xəbər verir ki, 26 yaşlı gənc model və geoalim Rozi Murun paylaşımı internetdə yayılıb. Onun içindən nəhəng pitonun çıxmasını izlədiyi anlar sosial mediada on milyon dəfədən çox izlənilib. Həmin dəhşətli görüntüləri təqdim edirik:

Bir qrup alimlə birlikdə Florida laboratoriyasında piton ilanından bütöv bir timsah çıxarıb. Ölü piton üzərində əməliyyatın görüntülərini İnstaqram hesabında paylaşan Mur, “Tamamilə şok edicidir, ilk dəfədir ki, belə bir hadisə görürəm”, –  deyib.

Bu hadisə bir müddət əvvəl İndoneziyada baş verən dəhşətli hadisəni yada saldı. Beləki, Cambi əyalətində rezin toplamaq üçün çıxan 56 yaşlı Jarrah yoxa çıxmışdı. Ailəsi yaşlı qadından xəbər almayınca hüquq-mühafizə qruplarına xəbər verib. Yerli sakinlər və axtarış-xilasetmə qrupları meşədən tapdıqları qarnı şişmiş pitonu tapırlar. 56 yaşlı Jarrahın cansız bədəninin ilanın qarnını yarılaraq çıxarıldığı anlar kameraya əks olunub.

Betara Jambi polis rəisi Herafa bildirib ki, qurbanın əri ərazidə axtarış aparıb, lakin yalnız sandal, baş örtüyü, pencək və bıçaq tapıb. Ertəsi gün o, axtarış qrupu ilə birlikdə eyni əraziyə qayıdıb, orta hissəsi şişmiş nəhəng ilanla qarşılaşıblar. Videoda görünür ki, bir könüllü pitonun başını budaqla aşağı tutur, digərləri isə onu şişmiş nahiyəsinı vurmağa başlayır.

Videonun narahatedici hissəsində kəndlilərin pitonun mədəsini kəsərək, itkin düşən qadının udulmuş cəsədinin üzə çıxara bilirlər. Bu foto şəkillərdə də öz əksini tapıb.

Mənbə: TRT Haber

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Yeni Zelandiyada unikal mikrob aşkar edildi

Aynur Camal

Həkim badamcıqların gözlənilməz qabiliyyəti barədə xəbərdarlıq etdi

Bugün TV

Qədim vampir kalamar tapıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu