25 C
Baku
27 İyul 2024, 4:49
Dünya

Polisin qadağaları altında Əl-Əqsa məscidində cümə namazı qılınıb

İsrail polisinin qadağalarına baxmayaraq, on minlərlə fələstinli işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhərdə yerləşən Əl-Əqsa məscidində cümə namazı qılıb.

İşğal altında olan Şərqi Qüdsün sakinləri və İsrail vətəndaşları olan on minlərlə fələstinli cümə namazını qılmaq üçün səhər saatlarından etibarən Məscidül-Əqsaya axışıb.

Cümə namazından əvvəl Əl-Əqsa məscidinin qapılarında İsrail polisi fələstinlilərin kimliyini yoxlayıb. Bəzi adamların içəri girməsinə icazə verilməyib.

Hərəmi Şərifin Əl-Esbat (Aslan) Qapısında şəxsiyyət vəsiqələrini yoxlayan İsrail polisi ilə fələstinlilər arasında dava düşüb.

İsrail polisi burada fələstinlilərə müdaxilə edərək bir fələstinlini döydükdən sonra saxlayıb.

Məscidül-Əqsada cümə xütbəsi oxuyan Şeyx Məhəmməd Səlim, İsrailin Qəzza zolağına qarşı apardığı müharibənin daha böyük müharibələrin başlanğıcı olduğuna işarə edərək, fələstinlilərə səbir və dözümlülüyünü vurğuladı.

Qəzza zolağında Fələstin xalqına qarşı törədilən qətliamların dünyanın gözü qarşısında baş verdiyinə diqqət çəkən Şeyx Səlim zülmün əbədi olmayacağını, Fələstin xalqının mübarizəsinin qalib gələcəyini bildirib.

Şeyx Səlim xütbəsinin sonunda Fələstin xalqı, xüsusilə Qəzza zolağı və Məscidül-Əqsa üçün dua edib.

Cümə namazından sonra Qəzza zolağında həyatını itirən fələstinlilər üçün qiyabi cənazə namazı qılınıb.

Qüds İslam Vəqfləri İdarəsindən verilən açıqlamada, 40 min fələstinlinin Haram-ı Şərifdə cümə namazı qıldığı bildirilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Atlanta şəhərində baş verən atışmada 3 nəfər öldü

Bugün TV

Rumıniya Ukraynada Rusiyaya məxsus PUA-ları vurdu

Aynur Camal

Aksiyada daha 41 nəfər həyatını itirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu