Bugun.tv xəbər verir ki, “Polo” qasırğası Meksikanın Sakit okean sahilləri boyunca hərəkət edir.
Al Jazeera-nın məlumatına görə, ABŞ Milli Qasırğa Mərkəzi bölgədə güclü yağışların həyati təhlükə yaradan daşqınlara və torpaq sürüşmələrinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Qasırğanın Meksikanın Sakit okean sahillərində güclü yağış və küləklərə səbəb olacağı bildirilir.
Mütəxəssislər xüsusilə dağlıq ərazilərdə torpaq sürüşməsi, alçaq ərazilərdə isə daşqın riskinin artdığını qeyd edirlər.
Səlahiyyətli qurumlar əhalini hava şəraitini izləməyə və təhlükə ilə bağlı verilən xəbərdarlıqlara əməl etməyə çağırıb.
Mənbə: Al Jazeera
