Baş xəbərDünya

Polşa Belarusla sərhəddəki elektron maneənin uzunluğunu 72 km-ə çatdırıb

Xarici Xəbərlər. 

Polşa Belarusla sərhəddə elektron maneənin uzunluğunu 72 km-ə çatdırıb, bu ilin sonuna qədər onlar səddinin 100 kilometrdən çoxunu tamamlamağı planlaşdırır – bu barədə Polşa sərhəd xidməti bildirib.

“Bu gün Belarusla sərhəddə elektron maneənin daha bir hissəsi istifadəyə verilib. Uzunluğu: 17,6 km. Sahəsi: Novı Dvor və Lipskdə Sərhəd Mühafizəsinin məntəqələri” – məlumatda deyilib.

İdarədən qeyd edilib ki, hazırda elektron şlaqbaumun uzunluğu 72 km-dir.

“2022-ci ilin sonuna qədər səddin 17,2 km və 18,1 km uzunluğunda daha iki hissəsi hazır olacaq”, – Polşa Sərhəd Mühafizəsi əlavə edib.

Belarusla sərhəddə elektron şlaqbaumun tikintisinə bu ilin iyununda başlanılıb. Məlumat verilib ki, sərhəddə elektron idarəetmə sistemləri, o cümlədən gecəgörmə kameraları, termal kameralar, onlarla kilometr kabellər ilə inteqrasiya olunacaq 11 konteynerin quraşdırılması nəzərdə tutulub. Elektron maneənin işinə Bialistokdakı Müşahidə Mərkəzi tərəfindən nəzarət edilir.

Xatırladaq ki,  Polşa Belarusla sərhəddə hasar çəkməyə 2022-ci ilin yanvarından başlayıb. Uzunluğu 186 km, hündürlüyü 5,5 metr olan tikanlı məftilli polad hasardır. Oktyabrın əvvəlində Polşa hasarın tikintisinin başa çatdığını elan edib.

Mənbə: İnterfaks-Ukrayna

Aynur Camal

Oxşar xəbərlər

“Toyota” kompaniyası on bir ayda rekord sayda avtomobil istehsal etdi

Teymur Əziz

Finlandiya Türkiyənin terrorla bağlı narahatlığını ciddi qəbul edir

Bugün TV

Türkiyə və Suriya liderləri görüşə bilərlər

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu