Dünya

Polşa Rusiyanın Varşavadakı səfirini çağırdı

Bugun.tv xəbər verir ki, Polşa Rusiya Prezidenti Vladimir Putinin Polşanın qərb bölgələrinə “Stalinin polyaklara hədiyyəsi” kimi açıqlamalarına cavab olaraq Rusiyanın Varşavadakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski Polşa Xəbər Agentliyinə (PAP) bu barədə məlumat verib.

“Müasir Polşanın qərb bölgələri Stalinin polyaklara hədiyyəsidir. Varşavadakı dostlarımız bunu unudublarmı? Biz onlara xatırladacağıq”, – Putin bunu dünən Polşanı Ukraynanın qərb hissəsinə nəzarəti ələ keçirməyi planlaşdırmaqda ittiham etdikdən sonra deyib.

Polşanın baş naziri Mateusz Morawiecki Putinə, “Stalin yüz minlərlə polyakın ölümünə görə məsuliyyət daşıyan hərbi cinayətkar idi. Tarixi həqiqət şübhəsizdir”, – mesajını çatdırıb.

Bugün TV

Oxşar xəbərlər

Çində yeni problem: süni intellektlə hazırlanmış saxta fəlakət videoları yayılır

Aynur Camal

ABŞ yüzlərlə Boeing 737 MAX təyyarəsinin yoxlanılmasını tələb edir

Aynur Camal

İran: Müharibə cinayətlərini sonadək hüquqi müstəvidə izləyəcəyik

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu