19 C
Baku
8 Sentyabr 2024, 3:20
Baş xəbərSəhiyyə

Polşada legionella bakteriyasından ölənlərin sayı 11-ə çatdı

Bugun.tv xəbər verir ki, Polşada ağciyər xəstəliyinin bir növü olan legioner xəstəliyinə səbəb olan legionella bakteriyasından həyatını itirənlərin sayı 11-ə yüksəlib.

Ölkənin cənub-şərqindəki Rzeşov şəhərində epidemiya ilə bağlı araşdırmalar davam edir.

Səlahiyyətlilərin verdiyi açıqlamaya görə, legionella bakteriyası səbəbiylə ümumilikdə 11 nəfər həyatını itirib.

Rzeszowdan başqa, qərbdəki Ostrow Wielkopolski şəhərində iki nəfərin, şərqdəki Lublin əyalətində və cənub-şərqdəki Malopolska bölgəsində bir nəfərin də yoluxduğu bildirilir.

Polşa Səhiyyə Nazirliyinin X hesabının bu gün etdiyi yazıda deyilir ki, infeksiyanın mənbəyi çox güman ki, bələdiyyə su təchizatıdır və avqustun 18-də götürülmüş su nümunələrinin ilk sınaq nəticələri bunu təsdiqləyir.

Avqustun 25-də verilən açıqlamada bakteriya səbəbindən 7 nəfərin öldüyü qeyd edilib.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Əlilliyi olan qadınlar və qızlarla davranış qaydalarına dair təlim təşkil olunub

Elnarə Dərziyeva

Tutulan 11 qeyri-qanuni immiqrant deportasiya edildi

Kəmalə Sultan

“The National Interest”: ABŞ-ın dünyadakı hegemonluğu zəiflədi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu