Siyasət

Polşanın Ukraynaya hər hansı bir məqsədlə qoşun göndərmək planları yoxdur – müdafiə rəsmisi

Bugun.tv xəbər verir ki, Polşa Müdafiə Nazirliyinin dövlət katibinin müşaviri Stanislav Vziatek Varşavanın Ukraynaya qoşun göndərmək, hətta ukraynalı hərbçilərə təlim keçmək niyyətində olmadığını bildirib.

O, Polskie radiosuna “Biz əsgərlərimizin müharibədə iştirakını planlaşdırmırıq, çünki Polşa qoşunlarının Ukraynada olması, hətta təlim məqsədi ilə olsa belə, müharibədə iştirakla sərhəddi”, deyib.

Polşanın xarici işlər naziri Radoslav Sikorski daha əvvəl Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmək təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirib. Lakin Polşa Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, Varşava Ukraynaya qoşun yeritmək niyyətində deyil.

Makron fevralın 26-da bildirib ki, Kiyevə əlavə yardımla bağlı bu yaxınlarda Parisdə keçirilən toplantıda iştirak edən 20-yə yaxın Qərb ölkəsi Ukraynaya quru qoşunlarının göndərilməsi imkanını müzakirə edib. Fransa liderinin sözlərinə görə, məsələ ilə bağlı konsensus əldə olunmayıb. Lakin gələcəkdə belə bir ehtimalı istisna etmək olmaz.

Görüşdən sonra orada iştirak edən ölkələrin əksəriyyəti Ukraynaya qoşun yeritmək planlarının olmadığını və Rusiyaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirak ideyasına qarşı olduqlarını bəyan ediblər. Fransanın xarici işlər naziri Stefan Sejourne fevralın 27-də bildirib ki, Ukraynaya müəyyən növ yardımların, xüsusən də minalardan təmizlənməsi və qoşun hazırlığı baxımından bu ölkədə Qərbin hərbi mövcudluğunu tələb edə bilər. Lakin bu, belə qoşunların hərbi əməliyyatlara cəlb olunacağı anlamına gəlmir.

Müxbir Qaytən Qasımzadə

Mənbə tass

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Bugün TV

AK Partiya yerli seçki təqdimat konfransı 18 Yanvarda ediləcək

Kəmalə Sultan

Xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu