3 C
Baku
27 Yanvar 2026, 20:17
İdman

Poqba yaşıl meydana geri döndü

Uzun müddətdir zədədən əziyyət çəkən “Yuventus”un yarımmüdafiəçisi Pol Poqba nəhayət ki, sıraya dönüb.
Bugun.tv xəbər verir ki, fransalı yarımmüdafiəçi A Seriyasının 24-cü turu çərçivəsində ötən gecə baş tutan “Torino” ilə matçın iştirakçısı olub.
O, 4:2 hesabıyla qalib gəldikləri bu matçın 68-ci dəqiqəsində meydana daxil olub. Beləliklə, Poqba 315 günlük fasilədə sonra oyuna çıxıb.
Xatırladaq ki, Poqba sonuncu dəfə 2022-ci ilin aprel ayında –  “Mançester Yunayted”də çıxış edərkən “Liverpul”la görüşdə meydana çıxmışdı. Yayda azad agent kimi Turin klubuna keçən futbolçu müxtəlif zədələrə görə indiyədək heç bir oyunda iştirak etməmişdi.
Bugün TV

Oxşar xəbərlər

Bangladeş T20 Dünya Kubokundan çıxarıldı, yerinə hansı ölkə gətirildi?

Aynur Camal

Volleyball World və DecatHlon qlobal tərəfdaşlıq elan etdilər

Aynur Camal

MLB beynəlxalq imza dövrü açıldı – ən yaxşı perspektivlər harda gedir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu