Baş xəbərDünya

Prezident Ərdoğanın səfərləri açıqlandı

Bugun.tv xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan iyulun 17-20-də Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Şimali Kipr Türk Respublikasına (ŞKTC) rəsmi səfər edəcək.

Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən açıqlamaya görə, bu görüşlərdə sözügedən ölkələrlə ikitərəfli əlaqələr bütün aspektlərdə nəzərdən keçiriləcək və müxtəlif sektorlarda mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusilə iqtisadiyyat və investisiya sahələrində layihələr müzakirə olunacaq, qlobal və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

Bundan sonra Prezident Ərdoğan Sülh və Azadlıq Günü münasibətilə iyulun 20-də KKTC-yə səfər edəcək. O,   KKTC prezidenti Ersin Tatar ilə Kipr məsələsi, eləcə də ikitərəfli əlaqələr kontekstində son hadisələrlə bağlı fikir mübadiləsi aparacaq, yeni hava limanının açılışını edəcək.

Mənbə:AA Haber

Bugün TV

Oxşar xəbərlər

Dünyanın karbon büdcəsi üç ilə tükənə bilər

Aynur Camal

Çin Aİ ilə iki yüksək səviyyəli görüşü ləğv etdi

Aynur Camal

Çimərlikdə 10-65 yaş arası şəxslərə çətir qadağası tətbiq edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu