20 C
Baku
9 Sentyabr 2025, 8:17
Digər

Prezident: “Ermənilər övladlarını Türkiyəyə və Azərbaycana nifrət ruhunda tərbiyə edirlər”

“O ki qaldı regionda dinc birgəyaşayışa, erməni cəmiyyəti onilliklər ərzində erməni diasporu və erməni millətçiləri tərəfindən aparılmış təbliğat ilə zəhərlənib. Bu, ermənilərin Qarabağın azərbaycanlı kəndlərində və şəhərlərində, həmçinin azərbaycanlılara qarşı törətdiklərinin səbəblərindən biridir. Ermənilər övladlarını Türkiyəyə və Azərbaycana nifrət ruhunda tərbiyə edirlər”.

Bugun.tv xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün  ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Dövlətimizin başçısı bildirib: “Türkofobiya və azərbaycanofobiya Ermənistanın ideologiyası olmuşdur. Onlar özlərinin tarixi və tarixi şəxsləri haqqında o qədər miflər fikirləşiblər ki, artıq özlərinin uydurmalarına inanmağa başlayıblar. Ermənistanın bütün tarixi, Ermənistanın bütün tarixi irsi saxtadır”.

 

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Praqada silahlı hücum oldu

Aynur Camal

Qazaxıstanda təqribən 150 qədim kurqan aşkarlandı

İntizar Əmirova

Qan laxtalanmasına səbəb olan məşhur şəkər əvəzediciləri haqqında xəbərdarlıq edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu